Avropanın düşüncələri artıq sülh dövrü üçün deyil.
Tribuna.az xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.
“Biz avropalılar üçün problem ondadır ki, biz hələ də sülh dövründə yaşayırıq kimi düşünür və hərəkət edirik. Amma biz artıq sülh dövründə deyilik, ona görə də düşüncəmizi dəyişdirməliyik. Bunu etməsək, Rusiya qalib gələcək. Çünki onların düşüncəsi heç vaxt sülh dövründə olmayıb. Onlar həmişə müharibə dövründəki məntiqlə yaşayırlar”, – Frederiksen bildirib.









