Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov işdən çıxarılıb.
Tribuna.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Məlumata görə, İ. İsmayılovun artıq ərizəsi alınıb.
Qeyd edək ki, İ. İsmayılov 2023-cü ildən bu vəzifədə çalışıb.









