“Bu xəstəxanalar TƏBİB-in təbibin yeyinti mənbəyidir” – Ekspert

“Bu xəstəxanalar TƏBİB-in təbibin yeyinti mənbəyidir” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış qida mütəxəssisi Ağa Salamov modul tipli xəstəxanaları TƏBİB-in yeyinti mənbəyi adlandırıb.

Tribuna.az xəbər verir ki, Ağa Salamov xəstəxanada müalicə alan valideyninə görə onlara hər dəfə 60 manatlıq dərman aldırıblar:

“Allah bütün analara can sağlığı versin. Anam iki tərəfli pnevmanoniya olduğu üçün, onu təcili tibbi yardım vasitəsi ilə Bakı şəhərində yerləşən bir modul tipli xəstəxanaya yerləşdirdik.

19.12.25-ci ildən biz hər anama baş çəkməyə gedəndə, bizə ən az 50-60 manatlıq dərmanlar aldırırlar. Belə də ki qurbandı anama – canım da malım da. Məni düşündürən başqa məsələ var.
Vallah bu məsələni də yazmağa vicdan məni məcbur edir.

Məsələ burasındadır ki, bu gün şükür Allaha mənim və ya ailəmin bu dərmanları almağa gücü yetir və alır.

Bəs imkansız ailələr, çox uşaqlı ailələr və ya kimsəsiz yaşlılar nə edir bəs? Hansı vəsaitlə alırlar o dərmanları?

Nə üçün dövlətin ayırdığı büdcə bir ovuc məmurlar tərəfindən dağıdılıb yeyintiyə çevrilir? Axı dövlətinə, xalqına xidmət edən məmur da düşünməlidir ki, hər atdığı səhv addım, dövlətə qarşı atılan addımdır.

Bəlkə mən səhv düşünürəm? Bəlkə bilmədiyim nəsə var? TƏBİB?”.

Məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı. Sorğumuza cavab veriləcəyi təqdirdə onu da içıqlandıracağıq.

Gülşən Rəsul