Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinə yeni departament direktoru təyin edilib.
Tribuna.az Valyuta.az-a istinadən xəbər verir ki, Nigar Əkbərovaya mərkəzin “İnsan resurslarının idarə edilməsi və proseslərin təkmilləşdirilməsi departamenti”nin direktoru vəzifəsi həvalə olunub.
N.Əkbərova bu vəzifəsinə qədər, 2025-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə cəmiyyəti olan DOST İş Mərkəzi MMC-də Monitorinq və Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Bundan başqa o, 2024-cü ildən 2025-ci ilə qədər “İcbari Sığorta Bürosu”nda çalışıb.
Sənan Məmmədli









