Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu həftəsonu vətəndaşları uzunmüddətli istirahət gözləyir.

Tribuna.az xəbər verir ki, bayramla əlaqədar olaraq həm iş saatlarında dəyişiklik ediləcək, həm də əlavə qeyri-iş günü tətbiq olunacaq.

Mövcud əmək qanunvericiliyinə əsasən, bayramdan əvvəlki gün hesab olunduğu üçün 8 may tarixində iş günü bir saat tez başa çatacaq.

9 May – Qələbə Günü ölkədə rəsmi istirahət günü sayılır. Bu tarix şənbəyə düşdüyündən, istirahət gününün kompensasiyası məqsədilə əlavə qeyri-iş günü müəyyənləşdirilib. Buna görə də 11 may bazar ertəsi də işlənilməyəcək.

Nəticədə, beşgünlük iş rejimində çalışan şəxslər ardıcıl olaraq üç gün – 9, 10 və 11 may tarixlərində istirahət edəcəklər.