Bu şəxslərə 7300 manat CƏRİMƏ tətbiq edildi

Bu şəxslərə 7300 manat CƏRİMƏ tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısı alınıb.

Bu barədə Tribuna.az-a açıqlama verən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib.

Qurumun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Vəndam və Nic qəsəbələrində, Mıxlıqovaq, Yengicə kəndlərində, İsmayıllı rayonunun Qaraqaya, Qalınçaq, Topçu, Köhnədaxar, Buynuz, Ağsu rayonunun Kalva və Dilman kəndlərində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

İdarənin rəisi Xəzər Vəliyev Tribuna.az-a açıqlamasında bildirib ki, qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslər barəsində akt, protokol tərtib edilib və ümumilikdə 7300 manat məbləğində cərimə tətbiq olunub. Kömür quyuları isə ləğv edilib.

Dəniz Pənahova