Məlum olduğu kimi, Bakıda mühakimə olunan erməni separatçılarına hökm oxunub. Tribuna.az xəbər verir ki, bu məsələ Ermənistanda müzakirələrə səbəb olub.
Bu ölkənin sabiq baş nazir Vazgen Manukyan bildirib ki, sözügedən hökm Qarabağ məsələsinin tam bağlanması deməkdir. “Bakı məhkəməsinin hökmü Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququnun məhvinə son zərbə oldu”.
Ekspert Taron Simonyan isə iddia edib ki, Azərbaycan gələcəkdə Ermənistana tələblər irəli sürmək üçün hüquqi baza hazırlayır. O vurğulayıb ki, Bakıda ermənilərə oxunan hökmdən sonra ermənilər Qarabağa qayıda bilməyəcəklərinin fərqinə varıblar.
Fərda Uğur









