Bu ölkələr Rusiya və Belarusla sərhəddə PUA zavodu tikəcək

Bu ölkələr Rusiya və Belarusla sərhəddə PUA zavodu tikəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Ukrayna ilə pilotsuz uçuş aparatları istehsalı üzrə birgə müəssisənin inşasını elan edib.

Tribuna.az “Euronews”a istinadən xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs açıqlama verib.

Baş nazirin sözlərinə görə, Rusiya və Belarusla sərhəd yaxınlığında belə bir obyektin tikilməsi təhlükə yarandıqda, dronların sürətli şəkildə yerləşdirilməsinə imkan verəcək.

Qeyd edək ki, mayın 20-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Kiyev hakimiyyətinin Baltikyanı ölkələrdən dronlar buraxmağı planlaşdırdığını bildirmişdi.