Bu ölkə də Tehranda səfirliyini kiçildir – HAZIRLIQ

Bu ölkə də Tehranda səfirliyini kiçildir – HAZIRLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Tehrandakı diplomatik nümayəndəliyində çalışan personalın sayını xeyli azaldır və onların əksəriyyəti yaxın günlərdə Romaya geri dönəcək.

Tribuna.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərar İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayaninin sədrliyi ilə keçirilən fövqəladə nazirlik iclasında qəbul olunub. İclasda İtaliyanın Tehrandakı, Tel-Əvivdəki və Vaşinqtondakı səfirləri, eləcə də Brüsseldəki daimi nümayəndəsi iştirak edib.

Qeyd edilib ki, prioritet İtaliya vətəndaşlarının maraqlarının qorunmasıdır.