Mövsümü olmasa da, artıq market və bazarlarda çiyələk, alça və gilas kimi yay meyvələri satılır. Həkimlər məsləhət görür ki, qiymətləri kifayət qədər yüksək olan bu meyvələrdən xüsusilə uşaqları uzaq tutmaq lazımdır.
Tribuna.az xəbər verir ki, bu barədə danışan pediatr Vaqif Qarayev bildirib ki, indi satışda olan çiyələk, alça və meyvənin ancaq görüntüsü yaxşıdır:
“Satışda gilas da var. Görüntüsü çox qəşəngdir. Yemə, içmə, gül camalına tamaşa elə. Bu meyvələr ancaq tamaş etmək üçündür. Uşaqlara verməyin, heç özünüz də yeməyin”.
Gülşən Rəsul










