Gündəlik qəbul etdiyimiz qidalar arasında ağartı məhsulları xüsusi yer tutur. Şor isə xüsusilə hər səhər bir çoxunun qəbul etdiyi, uşaqlara da yedirdiyi ağartı məhsullarındandı. Ancaq marketlərdə müxtəlif adlarla satılan fərqli marka şorların əksəriyyəti gündəlik istifadəyə uyğun deyil.
Tribuna.az xəbər verir ki, qida mütəxəssislərinin fikrincə, bu şorlara qatılan qatqılar məhsulun rəf ömrünü uzun etsə də, keyfiyyətini azaldır və onu qeyri-sağlam məhsula çevirir.
Qida mütəxəssisləri bildirir ki, belə məhsulları tərkibindəki əlavələrə əsasən müəyyən etmək olar.
Belə ki, “Az Food” şirkətinin istehsalı olan “İvanovalı ləzzət” şor məhsulunun tərkibində quru süd, bitki yağı, süd yağı əvəzləyicisi olduğu qeyd edilib. Bu məhsul gündəlik istifadə üçün tövsiyyə olunmur.
“Uzun Ömür” süd məhsulları müəssisənin şorlarının tərkibində isə quru süd, palma yağı, aromatizatorlar var. Bu məhsul da gündəlik istifadəyə uyğun deyil.
“Çinar” süd məhsuları müəssissinin İvanovalı şor növünün də tərkibində quru süd və bitki yağı var. Quda mütəxəssislərinin fikrincə, bu tərkibə görə bu məhsul gündəlik istifadəyə uyğun gəlmir.
“Caspian Prodakşn Layn” müəssisəninin “Lavanda” şor məhsulunun tərkibi də quru süd, palma yağı ilə zəngindir. Məhsulada həmçinin zərərli qida əlavələri də var ki, bu da sözügedən şoru gündəlik istifadə üçün yararsız edir.
“Bakı Süd Co” MMC-nin şor məhsulu da günbdəlik istifadəyə uyğun hesab edilmir. Çünki məhsulun tərkibində quru süd, palma yağı var.
Qida mütəxəssisləri xüsusilə sağlam qidalanmaq istəyənləri belə məhsullardan uzaq durmağa, təbi tərkibi olmayan məhsulların istifadə etməməyə çağırır.
Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul














