“Bu iyrənc reklam…” – Yüzbəyov QALMAQALI cəmiyyəti ikiyə böldü

“Bu iyrənc reklam…” – Yüzbəyov QALMAQALI cəmiyyəti ikiyə böldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Taleh Yüzbəyovun çəkildiyi və narazılıq yaradan reklamı ətrafında qalmaqal davam edir.
Reklam “Almond Bakery” şirkəti tərəfindən silinsə də sosial şəbəkələrdə müzakirələr artmaqdadır.

Tribuna.az xəbər verir ki, “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə, bu reklam göstərdi ki, Azərbaycanda silikonlu qadınları da tənqid eləmək mümkün deyil:

“Azərbaycanda jurnalistləri illərlə “niyə hakimiyyəti tənqid edə bilmirsiniz” deyə qısnayıblar. İndi məlum olur ki, hətta silikonlu qadınları da tənqid etmək mümkün deyilmiş.

Adamın başına oyun açarlar. Çəkdiyi videonu sildirərlər. Olmaz!

Hakimiyyəti tənqid etmək çox yüksək səviyyədir e. Əvvəlcə aşağıdan başlamaq lazımdır. Cəmiyyət olaraq əvvəlcə estetik əməliyyat etdirən qadınları tənqid etmək hüququnu özümüzə qaytaraq, sonra hakimiyyətyə keçərik”.

Müzakirələrə vəkil Leyla Salmanlı da qoşulub. O bildirib ki, qadınları satılıq mal ilə müqayisə edərək reklam çəkilə bilməz:

“Gündəmdə olan o iyrənc, seksist, “body shaming” məzmunlu dondurma reklamı demokratik Qərb dövlətlərində yayımlana bilməzdi, çünki qanunvericilikləri bunu qadağan edir.

Bizdə isə qanunlarımızda bu sahədə ciddi nöqsanlar və boşluqlar var.

Hər bir halda kütləvi yayımlanan reklam kiminsə alçaldıcı “şəxsi fikirlərini” ifadə etmə platforması deyil, ola da bilməz.

Ölkədə harda bir əzik, luzer var çıxıb qadınları hədəf alıb “publikaya” işləyir.

Yaxşı ki cəmiyyətdə biraz oyanma var və insanlar boykot edirlər bu cahil düşükləri”.

Gülşən Rəsul