Bu işçilərə daha çox məzuniyyət veriləcək

Bu işçilərə daha çox məzuniyyət veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair (ƏM maddə 120) norma əhəmiyyətli şəkildə genişləndirilmiş və dəqiqləşdirilmişdir.

Tribuna.az  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zaman deyib.

Nazir müavini bildirib ki, əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir:

“Məsələn, yeni dəyişikliyə görə, Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün verilməlidir. Bu dəyişiklik dövlətimizin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır”.