Azərbaycanda bu ilin ilk 6 ayında icraatda 131 mindən çox aliment işi olub.
Bu barədə olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 126 minədək işdə tam və ya müəyyən gecikmələrlə ödəniş həyata keçirilib.
“İcraatda olan 2400-dək işdə borclu qadınlardır”, – məlumatda vurğulanıb.









