Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən “Caspian International Hospital”ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb.

Tribuna.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir.
Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 26 583 862.06 manata çatıb.

Qeyd edək ki, “Caspian International Hospital” 2010-cu ildə dğvlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi və baş direktoru Abbasov Cəbrayıl Neymət oğludur.