Bu gün İran Ukraynaya raket zərbəsi endirə bilər

Bu gün İran Ukraynaya raket zərbəsi endirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində İrana məxsus gəmini PUA ilə vurub.

Tribuna.az xəbər verir ki, gəminin hədəf alınmasına səbəb onun İrandan Rusiyaya hərbi yük daşıması şübhəsi ilə bağlıdır.

Qeyd edək ki, İran tərəfi vurulan gəmidə hərbi yükün olmadığını bəyan edib. Həmçinin rəsmi qurumlar Kiyevin bu hərəkətinin cavabsız qalmayacağını da bildiriblər.

Bildirək ki, dünən İran və Ukrayna XİN başçıları arasında telefon danışığı olub. Kiyev tərəfi bildirib ki, onlar vəziyyətin gərginləşməsində maraqlı deyillər.

İran XİN başçısı Abbas Ərqaçı isə bildirib ki, İran da vəziyyəti gərginləşməyə çalışmır. “Amma vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı bir hücum qəbuledilməzdir. Buna görə də, Ukrayna tərəfi vurduğu zərəri kompensasiya etməlidir”.

Ukrayna mənbələri isə hökuməti xəbərdarlıq ediblər. Tribuna.az xəbər verir ki, onlar iyulun 29-da İranın Ukraynanı raketlə vura biləcəyini iddia ediblər. Hətta bu ölkənin HMQ-nə xəbərdarlıq ediblər ki, hazırlıqlı olsunlar.

Fərda Uğur