Bu gün dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Bu gün dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupuna və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə növbəti test imtahanı keçirəcək.

 Tribuna.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.