Bu gün milyonların səbirsizliklə gözlədiyi futbol üzrə dünya çempionatına start verilir.
Tribuna.az-ın məlumatına görə, sayca 23-cü dəfə təşkil olunacaq mundialın açılış qarşılaşmasında ev sahibi olan Meksika millisi Cənubi Afrika yığması ilə üz-üzə gələcək.
A qrupu çərçivəsində baş tutacaq ilk mübarizə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Mexiko Siti” stadionunda keçiriləcək bu matçın ədalət təmsilçisi braziliyalı hakim Vilton Sampayo olacaq.
Qrupun digər duelində isə Cənubi Koreya və Çexiya yığmaları güclərini sınayacaqlar. “Estadio Akron” arenasında oynanılacaq görüşə Bakı vaxtı ilə saat 06:00-da start veriləcək.
Dünya çempionatı
A qrupu
I tur
11 iyun
23:00. Meksika – Cənubi Afrika
“Mexiko Siti” stadionu
12 iyun
06:00. Cənubi Koreya – Çexiya
“Estadio Akron” stadionu
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.










