Bu ərazidə su kəsiləcək

Bu ərazidə su kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.

Tribuna.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq.

“Anlayışla qarşıladıqlarına görə, abonentlərə minnətdarlığımızı bildiririk”,-məlumatda qeyd edilib.