Bu ərazi də Azərbaycana verilir

Bu ərazi də Azərbaycana verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxın Qzıl Hacılı və Ermənistanın Berkaber kəndləri arasında 860 hektar torpaq sahəsi Azərbaycana veriləcək.

Tribuna.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, həmin ərazilərdə hazırda buğda əkilsə də, biçindən sonra Azərbaycana təhvil veriləcək. “Çünki sərhədlərin demarkasiyası zamanı belə bir qərar verilib”.

Bu sənada, Ermənistanın Tavuş əyalətinin qubernatoru Hayk Qalumyan da məlumatı təsdiq edib. O deyib ki, 860 hektar ərazi sovet dövründə də Azərbaycana məxsus olub.

Fərda Uğur