Bu avtobuslar ÖDƏNİŞSİZ OLACAQ

Bu avtobuslar ÖDƏNİŞSİZ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatl elektrik mikroavtobusları istifadəyə verilib.

Bu barədə Tribuna.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, satlların istiqamətləri bunlardır: C1 – Xaqani bağı – Zərifə Əliyeva küçəsinin sonu, C2 – Sabir bağı – Əziz Əliyev küçəsinin sonu.

Bildirilib ki, bu şatllar həftə sonları və bayram günlərində saat 12:00-00:00 aralığında fəaliyyət göstərəcək. İnterval isə 7-10 dəqiqə olacaq.