Ünlü aktyorun böyük qızı, tez-tez onu qızı ilə birlikdə ziyarət etdiyini deyir.
Hollivud ulduzu Brüs Uillisin böyük qızı, 37 yaşındakı aktrisa Rumer Willis, atasının ziyarətlər zamanı bəzən onu tanımadığını etiraf edib.
Tribuna.az xəbər verir k, Rumer, 70 yaşlı aktyorun durumu haqqında Instagram Stories bölümündə pərəstişkarlarının suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, Bruce bəzən qızını tanımasa da, ailəsinin sevgisinə və qayğısına hələ də reaksiya verir:
“Onu qucaqlaya bildiyim üçün minnətdaram — hətta qarşında kimin olduğunu anlamasa belə. Ona verdiyim sevgini hiss etdiyini bilirəm. İçində hələ də bir qığılcım var.”
Aktrisa həmçinin demək olub ki, tez-tez iki yaşına yaxın qızı Luetta ilə birlikdə atasının yanına gedir. Onun sözlərinə görə, “Bruce necədir?” sualı çətindir, çünki frontotemporal demensiyada “heç kim özünü yaxşı hiss etmir”. Buna baxmayaraq, o, atasının vəziyyətinin öz səviyyəsində stabil qaldığını bildirib.
Brüs Uillis 2022-ci ildə sağlamlığının sürətlə pisləşməsi və frontotemporal demensiya diaqnozu səbəbilə karyerasını bitirib. Hazırda o, ailəsindən ayrı, tibb heyətinin nəzarət etdiyi tək mərtəbəli evdə yaşayır.
Qeyd edək ki, aktorun beş övladı var:
• Rumer, Scout (34) və Tallulah (31) — Demi Moore ilə evliliyindən
• Mabel (13) və Evelyn (11) — hazırkı həyat yoldaşı Emma Heming ilə birlikdə.
İmran Kərimli









