Britaniya Rusiyanın neft sektoruna zərbə vurdu

Britaniya Rusiyanın neft sektoruna zərbə vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hakimiyyəti Rusiya ilə əlaqəli 24 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

Tribuna.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunan yenilənmiş siyahıda məlumat verilib.

Sanksiya siyahısına, xüsusilə, “Tatneft” və “RussNeft” neft şirkətləri daxil edilib. Qəbul olunan tədbirlər siyahıda yer alan subyektlərin aktivlərinin dondurulmasını, eləcə də onlara qarşı maliyyə və investisiya məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.

London rəsmiləri bildiriblər ki, sanksiyalara səbəb Ukraynanın sabitliyinin pozulmasında iştirak, onun ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirilməsi və ya bununla bağlı təhdidlər, həmçinin Rusiya hökumətindən fayda əldə edilməsi və ya ona dəstək göstərilməsidir.

Qeyd olunan şirkətlərlə yanaşı, məhdudiyyətlərə NNK-Oyl (Müstəqil Neft-Qaz Şirkəti), “Rusnefteqaz” ASC, Moskvada yerləşən pambıq fabriki, eləcə də BƏƏ, Özbəkistan və Qırğızıstan vətəndaşı olan ayrı-ayrı fiziki şəxslər də məruz qalıb.

İmran Kərimli