Boşandıqdan sonra çoxlu iş təklifi aldı

Boşandıqdan sonra çoxlu iş təklifi aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə boşanmasıyla gündəmə gələn rejissor Səidə Haqverdiyeva heç bir iş təklifini qəbul etmir.

Tribuna.az  bildirir ki, bu haqda o, özü məlumat verib.

Səidə Haqverdiyeva bildirib ki, bir az işdən uzaq qalmaq istəyir: 

“Əziz dostlarım, yaxınlarım və həyatda bir dəfə də olsun qarşılaşmadığım virtual dostlar: Bir neçə gün əvvəl işdən ayrıldığımı paylaşmışdım. Həmin paylaşımdan sonra aldığım zənglər, yazılan mesajlar, göstərdiyiniz dəstək və xüsusilə iş təklifləri məni həm duyğulandırdı, həm də çox təəccübləndirdi. Hamınıza səmimi-qəlbdən minnətdaram. Bu münasibət və həssaslıq mənim üçün çox dəyərlidir. Hazırda isə işləmək istəmirəm. Bir az dincəlməyə, dayanmağa və qarşıdakı yeni mərhələni düşünməyə ehtiyacım var. Anlayışınıza və incə yanaşmanıza görə bir daha təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva bir neçə həftə öncə boşanıb. Rejissor teatrda yaşanan bir çox qalmaqala görə həyat yoldaşından ayrıldığını demişdi.