Bloqer Əlixan Kəmaləddin Heydərovun şirkətini necə cərimələtdi?

Bloqer Əlixan Kəmaləddin Heydərovun şirkətini necə cərimələtdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Bakıda sosial şəbəkələrdə “Smoking Azerbaijan” səhifəsində tütün və tütün məmulatlarını reklam edən şirkət cərimələnib.
Məlum olub ki, “TTC GROUP” (The Tobacco Company) MMC İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib, işə məhkəmədə baxılıb.
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 72/74, mənzil 95 ünvanında yerləşən “TTC GROUP” MMC-nin “Smoking Azerbaijan” adlı instaqram səhifəsində reklamı qadağan olunmuş tütün və tütün məmulatları reklam edilib.
Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, onlar bu cür paylaşımın inzibati xəta olduğunu bilməyiblər. Digər səhifələr bu tip reklam paylaşıb və onlar da buna görə paylaşıma başlayıblar.
Məhkəmənin qərarı ilə “TTC GROUP” MMC inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat cərimələnib.
Bildirilib ki, “Smoking Azerbaijan” səhifəsində tütün məhsullarının reklamına məşhur bloqer və aktyorlar da cəlb edilib. 1000 manatlıq cəriməyə isə bloqer və aktyor Əlixan Rəcəbovun son reklam çarxı səbəb olub.
Tribuna.Az araşdırıb ki, “The Tobacco Company” kimi tanınan aparıcı istehsalçı olan “European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sədri Tural Qasımovdur. Yəni 2024-cü ilin oktyabrından. Keçmiş rəhbərlər arasında Zaur Səfərov, Hacıyev Toğrul və sabiq deputat Rüfət Quliyev də olub. Əslində sözügedən şirkət və siqaret biznesi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasındadır.

Həsən Ağa