“Bizə səs ver, pulunu al”: Ermənistanda seçki qalmaqalı

“Bizə səs ver, pulunu al”: Ermənistanda seçki qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda davam edən seçki kampaniyasında qalmaqal yaşanıb.

Tribuna.az xəbər verir ki, “Güclü Ermənistan” Partiyasının rəhbərliyinə qarşı cinayəıt işi açılıb.

Buna səbəb həmin partiyanın tərəfdar toplamaq üçün seçicilərə rüşvət təklif etməsi olub. Belə ki, Samvel Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” Partiyası onların aksiyalarına qatılan və onlara seçkilərdə səs verəcək şəxslərə 10 min dram (30 dollar), yeniyetmələrə isə 5000 dram (15 dollar) vəd edib. Bununla bağlı gizli telefon danışıqları və səs yazıları üzə çıxıb.

Ermənistan DİN-in açıqlamasına görə, bu prosesə “Kandaz” adlı tanınmış detektiv Artur Avanesyan başçılıq edib. Onunla yanaşı daha 4 nəfər də eyni ittihamla saxlanılıb.

Fərda Uğur