Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsində itkin-şəhidləri Sadıqov Zaur İmamqulu oğlu və Həziyev Ələddin Həzi oğlu dəfn edilib.

Tribuna.az-ın məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin qalıqları Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında şəhidlərin cərgəsində torpağa tapşırılıblar. Dəfn zamanı yaylım atəşi açılıb.

Qeyd edək ki, hər iki şəhid 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb. Onların şəxsiyyətləri aparılan ekspertiza nəticəsində müəyyən olunub.