Bir vaxtlar ulduz idi, indi küçədə qalır – Fotolar – Video

Bir vaxtlar ulduz idi, indi küçədə qalır – Fotolar – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2000-ci illərdə “Nickelodeon”da yayımlanan “Ned’s Declassified School Survival Guide” serialındakı rolu ilə tanınan aktyor Teylor Çeyzin Los-Anceles küçələrində evsiz yaşadığı məlum olub.

Tribuna.az xəbər verir ki, hazırda 36 yaşı olan keçmiş ulduzun düşdüyü vəziyyət pərəstişkarlarını və keçmiş həmkarlarını kədərləndirib.

Bir vaxtlar milyonların tanıdığı aktyor Los-Anceles küçələrində çəkilmiş videoda baxımsız və çətin vəziyyətdə görüntülənib. Mobil telefonla lentə alınan kadrlarda onun yaşadığı ağır şərait açıq şəkildə diqqət çəkir.

Videoda çəkiliş aparan şəxs Çeyzdən “Disney Channel”də işləyib-işləmədiyini soruşur. Aktyor isə “Nickelodeon”da çalışdığını və “Ned’s Declassified School Survival Guide” serialında rol aldığını bildirir. Sosial mediada paylaşılan bu görüntülər qısa müddətdə gündəm olub.

Videodan sonra serialda Çeyzlə birgə rol alan Devon Verkheyzer və Daniel Kertis Li açıqlamalar veriblər. Daniel Kertis Li videonu ilk dəfə izlədikdə böyük şok yaşadığını və bir tanışını bu vəziyyətdə görməyin ona dərin təsir etdiyini deyib. Devon Verkheyzer isə sevilən bir insanın bu cür vəziyyətə düşməsinin son dərəcə ağır və sarsıdıcı olduğunu vurğulayıb.

“Qafqazinfo”