Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Abay Kunanbayev küçəsindəki 5 mərtəbəli binanın zirzəmisi çirkab sularının içində qalıb.
Tribuna.az-a bu barədə sakinlər məlumat verib. Onlar bildirib ki, kanalizasiya boruları partlayıb, üfunətdən beyin çartladan çirkab suları da burada gölməcə yaradıb
Bina 3A-nın sakinlər deyirlər ki, 2018-ci ildən bəri iy-qoxudan mənzillərində dayana bilmirlər:
“Səsimizin eşidilməsini istəyirik. Binanın özülü də nəmişlikdən aşınıb. Aidiyyəti qurumlardan kömək istəyirik. Müraciət etmədiyimiz yer qalmayıb. Amma tədbir görən yoxdur”.
Sakinlər aidiyyəti qurumların tezliklə tədbir görməsini istəyir.
Gülşən Rəsul









