Paytaxtın Xətai rayonu ərazisində 31 yaşlı Müzəffər Aydınlı binanın 15-ci mərtəbəsindən yıxılaraq ölüb.
Tribuna.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Unikal”a açıqlamasında bildirib ki, Aydınlı Müzəffər 2 il əvvəl – 2024-cü ilin aprel ayından öz arzusu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata buraxılıb.
“Dövlət Xidməti adından ailəsinə və yaxınlarına başsağlığı veririk”, – deyə şöbə rəisi bildirib.









