Biləsuvar İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Biləsuvar İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv olunub.

Tribuna.az xəbər verir ki, buna səbəb tenderə qatılanların sayının 3-dən az olması olub.
Qeyd edək ki, avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı müsabiqə prosesində “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələbi yerinə yetirlməyib.
Bildirək ki, Biləsuvar İcra Hakimiyyəti yolların əsaslı təmiri üçün 399 min 384 manat vəsait ayırıbmış.

Fərda Uğur