“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçilərinin NƏZƏRİNƏ – “Əmri diqqətlə oxuyun”

“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçilərinin NƏZƏRİNƏ – “Əmri diqqətlə oxuyun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bibiheybət” Gəmi Təmiri Zavodunun ləğvi işçilər arasında narazılıq yaradıb.

Tribuna.az xəbər verir ki, buna əsasən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı işçilərə zavodun ləğvi ilə əlaqədar tərtib olunmuş əmri diqqətlə oxumağı məsləhət görüb.

Hüquq müdafiəçisi bildirib ki, əgər mətbuatda yazıldığı kimi “Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcəksə, bu halda hüquqlarını bilməlidir:

“Müəssisənin mülkiyyətçisi dəyişdikdə əmək münasibətləri necə tənzimlənir?

Bu halda:

1. Əmək Məcəlləsində göstərilən və rəhbər heyətə daxil olmayan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri, onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır.

2. Rəhbər heyətə daxil olan işçilərlə bağlanmış Əmək müqavilələri: AR-nın Əmək Məcəlləsinin 68-ci maddəsinin ç) bəndi ilə, “müəssisənin mülkiyyətçisinin dəyişməsi” əsası ilə ləğv edilə bilər, yeni mülkiyyətçi və işçinin qarşılıqlı razılığı ilə əmək şərtləri dəyişdirilə bilər, yeni vəzifə üzrə əmək müqaviləsi bağlana bilər.

3. İşçi öz iradəsi ilə yeni mülkiyyətçi ilə əmək münasibətlərini davam etdirmək istəmədikdə, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsnin a) bəndi və 69-cu maddəsində göstərilən əsaslarla öz xahişi ilə ləğv edilə bilər.

4. Yeni mülkiyyətçi ilə əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək müqaviləsinin şərtləri işçinin razılığı olmadan birtərəfli qaydada dəyişdirilə bilməz.

5. Yeni mülkiyyətçi ilə əvvəlki şərtlərlə bağlanmış yeni əmək müqaviləsi yalnız Əmək Məcəlləsində nəzərdə tutulan əsaslar olduqda ləğv edilə bilər”.

Gülşən Rəsul