“Bəzi qızlar oxumaq yox, evlənmək istəyirlər”

“Bəzi qızlar oxumaq yox, evlənmək istəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi gənc qızlar var ki, məktəbi bitirəndən sonra 16-17 yaşında evlənmək istəyirlər. Çünki onlar oxumaqdan çox, ana olmaq, yaxşı bir ailə qurmaq istəyirlər”.

 Tribuna.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova APA-ya müsahibəsində bildirib.

17 yaşında ailə qurmasından danışan müğənni bunun öz seçimi olmadığını vurğulayıb:

“Bunu mən istəmədim, bunu toplum istədi. Bir insanın adı çıxınca, canı çıxsa yaxşıdır. Adım çıxdı və kim görürdüsə, valideynlərimi təbrik edirdi. Amma əslində, bir il boyunca biz söz-söhbət içində olduq. Sonra da bu oldu. Belə söz-söhbətlə başlayan işin də sonu olmur. İndi belə deyil. İndi gənclərin istəkləri fərqlidir. Bəziləri oxumaqdan çox, ailə qurmaq istəyirlər. Mən buna pis baxmıram. İnsan öz istədiyi həyatı qurursa, deməli, o xoşbəxtdir”.

“Çox zəkalı olub, çox düşünmək də qadına xoşbəxtlik gətirmir. Kaş ki, düşüncələrim, dünya görüşüm az olaydı, amma mən xoşbəxt olardım. Çox istedadlı insanların başqaları kimi xoşbəxt ailəsi olmur. Heç kim tək olmamalıdır. Ailə quranda isə elə bir insanla ailə qurmaq lazımdır ki, səninlə birlikdə düşünə bilsin. İlk növbədə inam olmalıdır. Səninlə eyni düşüncədə olan adamı tapmaq çətindir. Elə biri olsa niyə tək qalasan ki?”, – müğənni qeyd edib.