İranın Hörmüz boğazında hədəfə aldığı gəmilər neft və qaz deyil, ABŞ üçün silah və sursat daşıyırdı.
Tribuna.az IRIB-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
O qeyd edib: “ABŞ hərbi gəmilərinin neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan böyük gəmilərə yaxınlaşdığı müşahidə edilib”. pizza mizza
Bəqainin sözlərinə görə, ABŞ ordusu İran Silahlı Qüvvələrinin nəzarət zonasından kənarda qalmaq üçün izləmə sistemlərini sıradan çıxarıb və hərbi personal, avadanlıq və döyüş materiallarını daşımaq üçün kommersiya gəmilərindən istifadə edib.
Sözçü bildirib ki, ABŞ-nin bu cür hərəkətləri İslamabad Memorandumunun 5-ci bəndini pozub:
“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hərbi gəmisi LNG daşıyan böyük bir gəminin arxasında gizlənərək cənub və icazəsiz marşrutdan keçib”. Bu, sadəcə təhlükəli bir keçid deyil, həm də ABŞ-ın atəşkəs razılaşmasından sui-istifadə etmək və İrana qarşı düşmənçilik hərəkətləri üçün şərait yaratmaq niyyətinin açıq bir göstəricisi idi”.
İran XİN sözçüsü qeyd etdi ki, Tehran buna etiraz etdikdən sonra ABŞ hücumlarını gücləndirib:
“Başqa sözlə, onlar razılaşma çərçivəsində götürdükləri bütün öhdəliklərdən faktiki olaraq imtina etdilər”.









