Benzema Pikassonun bu əsərini aldı

Benzema Pikassonun bu əsərini aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema ispan rəssam Pablo Pikassonun 1964-cü ildə çəkilmiş “Saqqallı kişinin portreti” əsərini alıb.

Tribuna.az xəbər verir ki, futbolçu əsərlə şəklini sosial mediada “Evə xoş gəlmisiniz” yazısı ilə paylaşıb.

Rəsm əsəri Nyu-Yorkdakı özəl qalereyada satışa çıxarılıb. Qiyməti açıqlanmayıb, lakin onun 1 milyon avrodan az olmadığı təxmin edilir.