Bəhreyn Daxili İşlər Nazirliyi: İranın zərbəsi nəticəsində üç nəfər yaralanıb

Bəhreyn Daxili İşlər Nazirliyi: İranın zərbəsi nəticəsində üç nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın raket zərbəsi nəticəsində azı üç nəfərin yaralandığı açıqlanıb.

Tribuna.az  xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hücum zamanı Manamanın şimal-şərqində yerləşən Mühərrək rayonunda universitet binalarından biri də zərər görüb.

Nazirliyin X sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd olunub ki, “İranın açıq-aşkar aqressiyası nəticəsində üç nəfər yaralanıb. Raket qalıqlarının düşməsi səbəbindən Mühərrək rayonunda universitet binasına maddi ziyan dəyib”.

Rəsmilər hansı universitetin zərər gördüyünü dəqiqləşdirməyiblər.

Sənan Məmmədli