“Son illərdə xüsusilə İsrailin İrana qarşı hücumlarında Azərbaycanın torpaq və hava məkanından istifadə edilməsi ilə bağlı iddialar münasibətləri gərginləşdirib. Əlbəttə ki, Bakı bu ittihamları qəti şəkildə təkzib edir və hələlik fakt da yoxdur”.
Tribuna.az xəbər verir ki, bunu iranlı politoloq Həsən Behiştpur “Khabaronline” saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, İsrailin Azərbaycan ərazisindən hücum üçün istifadə etməsi iddiası sübut olunmayıb. “Ancaq bu cür əməliyyatlar çox vaxt ev sahibi ölkələrin xəbəri olmadan baş verir.Məsəkən, İraqda olduğu kimi”.
Behiştpur qeyd edib ki, İran və Azərbaycan mədəni, dini, tarixi baxımdan yaxın iki ölkədir. “Və son gərginliklərə baxmayaraq, tərəflər münasibətləri bərpa etmək istəyirlər”.
O vurğulayıb Kİ. İranın Rusiyaya tək quru yolu Azərbaycan üzərindən keçir və Şimal–Cənub nəqliyyat dəhlizi üçün də Azərbaycan keçid nöqtəsidir. “Keçmişdə müşahidə olunan gərginliklərin böyük qismi yanlış anlaşmalar və informasiya boşluqlarından qaynaqlanır. Bu səbəbdən Əraqçinin səfəri münasibətlərin yenidən qurulması, iqtisadi, tranzit və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq formatlarının yaradılması üçün mühüm addımdır”.
Fərda Uğur









