İyunun 21-də Abşeron çimərliklərində 24 dərəcəyədək isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir.
Məlumata görə, dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə suyun temperaturu 23-24 dərəcə isti olacaq.









