Bayram tətili 13 can aldı

Bayram tətili 13 can aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz və Ramazan Bayramı ilə əlaqədar elan edilmiş bayram tətili günlərində baş verən hadisələrlə əlaqədar 13 nəfər dünyasını dəyişib.
Tribuna.az xəbər verir ki, bu barədə məıumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, 5 avtonəqliyyat qəzası, 3 partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib. İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Gülşən Rəsul