Bayram günlərində işləyəcək bank, poçt və valyuta dəyişmə məntəqələri açıqlandı

Bayram günlərində işləyəcək bank, poçt və valyuta dəyişmə məntəqələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Tribuna.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 12 bankın 60 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

 

Bayram günlərində iş qrafiki:

 

 

Banklar

 

“Azərpoçt MMC

 

Valyuta mübadilə məntəqələri