Baxçalı İran rejimini müdafiə etdi: “Kəşfiyyatın əli var”

Baxçalı İran rejimini müdafiə etdi: “Kəşfiyyatın əli var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ən köklü partiyalarından biri Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı son açıqlamalarında İrandakı teokratik rejimi dəstəkləyib. Tribuna.az xəbər verir ki, o, İrandakı narahatlığın Türkiyə və bölgə ölkələrinə hər tərəfli təhdid edəcəyini bildirib.

Baxçalıq qeyd edib ki, sosial tələblə başlayan proses medalın yalnız bir üzüdür. “Digər tərəfi isə İrana qarşı yönəlmiş təşkilati və çoxtərəfli kəşfiyyat fəaliyyətləri ilə bağlıdır. Bunu təşkil edənlər imperialist qüvvələrdir. İranın parçallanmaması, ərazi bütövlüyünün qalması və təhlükəsizliyi Türkiyə üçün ölüm-qalım məsələsidir. Bu gün İranı çökdürmək istəyənlərin niyyətləri bizə tanışdır. Türkiyədə Gezi Parkı hadisələri ilə İrandakı ollaylar bənzərdirlər”.

Fərda Uğur