Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan iki gün öncə seçki marafonu zamanı çıxışında Başkənd qəsəbəsinin Ermənistanın “ərazisi” olduğunu iddia edib.
Tribuna.az xəbər verir ki, o, Başkənd qəsəbəsinin ərazisindən imtina etməyəcəklərini deyib.
“Haykave” Hərəkatının koordinatoru Vahe Ovannisyan baş nazirin bu çıxışını müharibəyə səbəb olacağını bildirib. Onun sözlərinə görə, Paşinyan analoji bəyanatı 2018-ci ildə Qarabağda da vermişdi və ardından müharibə başladı. “Nikol Paşinyan Qarabağda olduğu kimi, Başkənd məsələsində də kəndin Ermənistanın olduğunu bildirib. O, “Başkənd Ermənistandır və nöqtə” deyib. Bu artıq təhlükə deməkdir. Onun sözləri Qarabağda olduğu kimi, Başkənd məsələsində də müharibə gətirə bilər”.
Fərda Uğur









