“Azərbaycan və Ermənistanın Sülh Şurasına qoşulmasının motivi eynidir. Baş verənlər könüllü seçim deyil, ABŞ və Trampın özünün faktoru nəzərə alınmaqla məcburi addımdır”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə Ermənistan Region Tədqiqatları Mərkəzinin direktoru Laura Baqdasaryan çıxış edib.
O bildirib ki, Sülh Şurasına qoşulmaq Ermənistan üçün sərfəlidir. “Çünki 3 il müddətində Ermənistanı heç bir müharibə təhlükəsi gözləmir.
Baqdasaryan qeyd edib ki, Azərbaycanın Ermənistana benzin satması siyasi dividentlərdən biridir. “Əliyev bundan sonra istədiyi yerdə və zamanda istifadə edəcək. Burada Azərbaycan Ermənistanın xahişi ilə yanacaq göndərir ki, bu da Ermənistan üçün çox vacibdir”.
O sonda qeyd edib ki, dünyanın yeni nizamı qurulan zaman kiçik dövlətlərin riskləri daha da artır. “Hər kəs hamı ilə mübarizə aparanda, Ermənistan, Azərbaycan və Gürcüstan kimi kiçik ölkələr üçün təhlükəsizlik problemi ikiqat çoxalır. Özümüzü təhdid olunmuş hiss edirik, özümüzü təhlükəsiz hiss etmirik”.
Fərda Uğur









