“Əvvəla, Azərbaycan Cənubi Qafqazda dominant mövqe tutmaq istəyir və onların fikrincə, heç bir mərkəz, istər Avropa İttifaqı, istərsə də ABŞ, Cənubi Qafqazdakı heç bir məsələni onun razılığı olmadan həll edə bilməz”.
Tribuna.az bildirir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan deyib.
O iddia edib ki, Azərbaycan Qərblə münasibətlərini gücləndirmək istəyir. “Sadəcə istəyir ki, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətləri diktə etsin”.
Baqddasaryanın sözlərinə görə, Azərbaycan Qərbə başa salmaq istəyir ki, Orta Dəhlizin açılması onsuz mümkün deyil. “Ona görə də bundan irəli gələn üstünlükləri və faydaları almalıdır, yəni bunun üçün daha böyük iqtisadi pay tələb edir”.
Erməni politoloqun iddiasına görə, Azərbaycan, Ermənistan və Gürcüstan təkbaşına Avropaya inteqrasiya edə bilməz. “Qərbin kollektiv müzakirəsi Cənubi Qafqazın üç ölkəsinin ortaq təhlükəsizlik sistemində olmasıdır; onlar bu ərazini vahid ərazi kimi görürlər”.
Onun sözlərinə görə, Ermənistan Türkiyə və Azərbaycanın razılığı olmadan Qərbə doğru irəliləyə bilməz. “Azərbaycan isə Ermənistan və Gürcüstan olmadan Qərbə doğru irəliləyə bilməz. Problem sadəcə ondadır ki, Azərbaycan özünü Cənubi Qafqaz ölkələri arasında əsas oyunçu hesab edir”.
Fərda Uğur









