Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıblar. Hesabatlara görə, ən yüksək mənfəət əldə edən bank dövlətə məxsus “Beynəlxalq Bank” (ABB) olub. Bank 2025-ci ili 335 milyon 693 min manat xalis mənfəətlə başa vurub.
Tribuna.az xəbər verir ki, mMənfəət göstəricisinə görə ikinci pillədə “Kapital Bank” ASC qərarlaşıb. Səhmlərinin böyük hissəsi – 99,89 faizi “Paşa Holdinq”ə məxsus olan bankın xalis mənfəəti 315 milyon 13 min manat təşkil edib.
Maliyyə hesabatı açıqlayan banklar arasında zərərlə işləyən yeganə qurum isə “Bank BTB” ASC olub. Bank ötən ili 404 min manat xalis zərərlə yekunlaşdırıb. Qeyd olunur ki, “Bank BTB” artıq beş ildir ardıcıl olaraq zərər açıqlayır. Belə ki, bank 2024-cü ildə 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat zərər edib.
Bankların son iki il üzrə xalis mənfəət və zərər göstəriciləri isə ayrıca cədvəldə təqdim olunub:
azpolitika










