Banklar vərəsələrdən borc tələb edə bilərmi? – Hüquqşünas  İZAH

Banklar vərəsələrdən borc tələb edə bilərmi? – Hüquqşünas İZAH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstənilən bank əməkdaşının banka borcu olan ölən bir şəxsin vərəsələrinə zəng edərək hədə-qorxu gəlməsi, onları mütəmadi narahat etməsi tam qanunsuzdur.

Tribuna.az xəbər verir ki, bu barədə keçmiş müstəntiq Müşfiq Abbasov bildirib. O qeyd edib ki, banklar vətəndaşların məlumatsızlığından istifadə edir:

“Təsəvvür edin ki, borclu vəfat edir. Adında heç bir əmlakı yoxdur. Bankın əməkdaşı zəng edir borclunun vərəsələrinə ki, borcu siz ödəməlisiniz. Vərəsə zamin deyil, ölənin heç bir əmlakını qəbul etməyib. Bu kimi halda o, bank qarşısında heç bir məsuliyyət daşımasa da bankın əməkdaşı ona müxtəlif hədə-qorxular gəlir, məhkəmə ilə hədələyir.

Əslində bankın əməkdaşının ölənin vərəsələrinə bu cür hədə-qorxu gəlməsi, onları mütəmadi narahat etməsi tam qanunsuzdur. Bu kimi halda vərəsələrin hüquq mühafizə orqanlarına müraciət etmək hüququ var.

Vərəsə zamin olmadığı və miras əmlakını qəbul etmədiyi borclu üçün heç bir məsuliyyət daşımır”.

Gülşən Rəsul