“Baloğlan bütün hərəkətləri ilə babasına bənzəyir. Oturuşu-duruşu, səsi… Elə bil atamdır”.
Tribuna.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında mərhum sənətkar, Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov balaca Baloğlandan danışarkən deyib.
Onun sözlərinə görə, ailədə musiqi ilə məşğul olan uşaqlar çoxdur, amma tək oxuyan, səsi olan Baloğlandır:
“Baloğlan Peyman qardaşımın oğludur, 6 yaşı var. Evdə bütün günü zümzümə edir, amma hələ oxumur. O gün verilişlərin birində Nazənin xanım qonaq idi, ona sürpriz olsun deyə qonaq getmişdi. Biz Nazənin xanımı çox istəyirik. Orada da Baloğlan oxumadı, zümzümə etdi”.
Elşən Əşrəfov deyir ki, Baloğlan çox istedadlı uşaqdır və onun böyük gələcəyi var.









