“Baku Electronics”dən “qızıl zəmanət” FIRILDAĞI-FOTO

“Baku Electronics”dən “qızıl zəmanət” FIRILDAĞI-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin dekabr ayında “Baku Electronics”dən kreditlə telefon alan müştəri aldadıldığını iddia edir.

Tribuna.az xəbər verir ki, Bakues.az-a daxil olan şikayətə görə, o, müqavilə imzalanmazdan əvvəl ona “qızıl zəmanət istəyirsiniz?” təklifi edilditini və bu təklifi qəbul edərək qızıl zəmanət üçün əlavə ödəniş etdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, telefonu 2 ay istifadə etdikdən sonra zavod qüsuru aşkarlanıb və mart ayında yeni telefonla əvəz edilib. Yeni telefon təqdim edilərkən yenidən “qızıl zəmanət istəyirsiniz?” sualı verilib və o, yenidən bu təklifə razılıq verib.

Lakin telefonu 5 ay istifadə etdikdən sonra batareya səviyyəsi sürətlə azalmağa başlayıb. Bununla bağlı mağazaya narazılığını bildirəndə bunun normal hal olduğu deyilib. Şikayətçi isə 1 gün ərzində batareyanın düşməsinin normal olmadığını bildirib. Bundan sonra telefon servisə təhvil verilib.

Qeyd olunub ki, cihaz İspace-ə göndərilib və 1 gün ərzində baxılıb, cavab mail vasitəsilə göndərilib. Lakin müştəri telefonla bağlı heç bir məlumat almadığını və telefonun servisdə olduğunu qeyd edib:

“Hər müraciətdə fərqli əməkdaşlar cavab verib, məsul şəxslər konkret məlumat təqdim etməyib. Daha sonra ona ödəniş edib, yenidən baxdırmaq təklif olunub”.

Vətəndaş Port Baku filialında yerləşən İspace servisinə müraciət etdikdə, ona bildirilib ki, telefon artıq həmin gün göndərilib.

Şikayətçi rəsmi sənəd tələb etsə də, ona yalnız “sabah gəlib telefonunuzu götürərsiniz” cavabı verilib. Nəticədə telefonu geri alıb, lakin telefonda heç bir nasazlıq aradan qaldırılmayıb.

Onun sözlərinə görə, telefonu götürərkən batareya 92% olub, səhəri gün isə 91%-ə düşüb. Bundan sonra o, Antiinhisar Xidmətinə şikayət edib. Lakin 1 aydır sorğulara cavab verilmir və ona “hara istəyirsiniz şikayət edin” cavabı verilir.

“Müdiriyyət nümayəndəsi Elçin Qəniyev dəfələrlə “qızıl zəmanətiniz var” deyib, lakin daha sonra bunun “platinum zəmanət” olduğu bildirilib. Halbuki müqavilə bağlanarkən mənə “platinum zəmanət” yox, məhz “qızıl zəmanət” deyilib”, – deyə müştəri əlavə edib.

Şikayətçi həmçinin qeydiyyat masasında əyləşən Arzu adlı əməkdaşdan narazıdır və bildirir ki, işçilər qayda-qanunu bilmədən müştərilərə səhv məlumat verirlər.