Bakıya QAR YAĞIR, yollarda SON vəziyyət

Bakıya QAR YAĞIR, yollarda SON vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhərdən Bakıda müşahidə olunan sulu qar və yağış yollarda hərəkəti çətinləşdirib.

Tribuna.az xəbər verir ki, yağan qar Yasamal rayonunda, Ziya Bünyadov prospektində sıxlığa səbəb olub. Yollarda tıxac müşahidə olunur.

Neftçilər, Qara Qarayevdə də sulu qar hərəkəti çətinləşdirib. Görmə məsafəsi azalıb, sürət həddi aşağı düşüb.

Avrobusların hərəkətində də ləngimələr var. Avrobus dayanacaqları sərnişinlə doludur. Lakin avrobuslar gecikir.

Gülşən Rəsul