“Deyirlər, Bakıya necə gedək? Qan tökülüb. Ona görə gedirik ki, daha çox qan tökülməsin”.
Tribuna.az bildirir ki, bu sözləri bu yaxınlardan Bakıda səfərdə olan Ermənistanın Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzinin eksperti Samvel Meliksetyan deyib.
O bildirib ki, Azərbaycan da Ermənistan cəmiyyəti və mediası ilə əlaqələrin aktivləşməsində maraqlıdır. “Azərbaycan və Ermənistan indi daha cəsarətli addımlarla irəliləyə bilər”.
Meliksetyan deyib ki, Azərbaycan Ermənistanda 2026-cı il seçkilərini gözləyir. “Onlar anlamaq istəyirlər ki, hansı Ermənistanla qarşılaşacaqlar. Bəlkə də sülh müqaviləsinin imzalanmasının gecikməsi də bununla bağlıdır”.
Fərda Uğur









